...

Norveçli terrorçu Breyvikin etirafı

Cəmiyyət Materials 24 May 2012 22:01 (UTC +04:00)
Norveçli ultrasağçı terrorçu Anders Breyvik bu gün bəyan edib ki, əgər məhkəmə onun anlaqlı olması haqqında qərar versə, ittiham qərarından şikayət etməyəcək.
Norveçli terrorçu Breyvikin etirafı

Azərbaycan, Bakı, 24 may /Trend/

Norveçli ultrasağçı terrorçu Anders Breyvik bu gün bəyan edib ki, əgər məhkəmə onun anlaqlı olması haqqında qərar versə, ittiham qərarından şikayət etməyəcək. Bu barədə Trend cümə axşamı Rusiya KİV-ə istinadən məlumat verir.

"Əgər mənim törədilmiş hadisəyə görə cinayət məsuliyyəti daşıdığımı elan etsələr, apelyasiya şikayəti verəcəyimə elə bir səbəb yoxdur", - Breyvik deyib.

Əvvəllər terrorçu bildirirdi ki, psixiatriya xəstəxanasında məcburi müalicə almaq əvəzinə, anlaqlı vəziyyətdə cinayət törətmiş insan kimi cəza çəkməyə üstünlük verir.

Hazırda məhkəmə onun işi ilə bağlı psixiatriya ekspertizasının mahiyyəti baxımından iki ziddiyətli nəticəyə malikdir. Birinciyə əsasən o, paranoid şizofreniyadan əziyyət çəkir, ikinciyə görə isə Breyvik tam sağlam elan edilib.

Xəbər lenti

Xəbər lenti