...

Azərbaycan Memarlıq və İnşaat Universiteti kimsəsiz uşaqlara dəstək oldu (FOTO)

Cəmiyyət Materials 25 May 2012 18:03 (UTC +04:00)
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi tələbələrinin təşəbbüsü ilə "Kimsəsiz uşaqlara dayaq olaq!" devizi altında xeyriyyə aksiyası keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universiteti kimsəsiz uşaqlara dəstək oldu (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi tələbələrinin təşəbbüsü ilə "Kimsəsiz uşaqlara dayaq olaq!" devizi altında xeyriyyə aksiyası keçirilib.

Trend-in məlumatına görə, xeyriyyə aksiyasının məqsədi kimsəsiz uşaqların tək olmadıqlarını, hər kəsin onların valideynləri kimi laqeyd olmadığını, insanlıq deyilən məfhumun var olduğunu hiss etdirməkdir. Aksiya müddətində memarlıq və universitetin digər fakültələrinin tələbələri, əməkdaşları tərəfindən çoxlu sayda oyuncaq, kitab, geyim toplanıb.

Aksiyaya xeyriyyə konserti ilə yekun vurulub.

"Aksiyaya qoşul, sən də bir uşağı sevindir!" - deyən tələbələr bu amala böyük coşqu ilə qatılıblar. Tədbirdə çıxış edən AzMİU-nun Tələbə Həmkarlar Komitəsi sədrinin müavini Bayram Aslanov onların kimsəsiz uşaqlara bir azca da olsa maddi-mənəvi koməyi dəyərsə, özlərini çox xoşbəxt hiss edəcəklərini söyləyib.

"Bir şeirdə deyildiyi kimi, insan taxtını qura bilər, lakin baxtını qura bilməz. Heç kim bilmir ki, taleyinə nələr yazılıb. Ona görə də hər birimiz hər şeyə hazır olmalıyıq. Heç kim sabahından sığortalanmayıb, ona görə də hər birimiz güclü olmalıyıq. Biz insanlar çalışmalıyıq ki, heç vaxt sınmayaq. Çünki bizim arxamızda güclü dövlətimiz var! Sağ olsun dövlətimiz. Amma dövlətimiz 18 yaşına qədər kimsəsiz uşaqları maddi-mənəvi təmin edir. Mənə elə gəlir ki, 18 yaşı tamam olan uşaqlar kimsəsiz uşaqlar evindən çıxandan sonra mütləq işlə təmin olunmalıdır. Ona görə ki, onlar 18 yaşından başlayaraq sərbəst həyata qədəm qoyurlar və onlara mütləq təkan lazımdır ki, onlar ayaqları üstdə dayana bilsinlər. Pis yollara cəlb olunmasınlar. İnanıram ki, bu belə də olacaq", - o deyib.

Qeyd edək ki, konsertdən yığılan vəsait və toplanmış əşyalar fakültə fəalları tərəfindən Saray qəsəbəsində yerləşən fiziki qüsurlu uşaqlar üçün uşaq evinə təqdim olunacaq. Aksiya 28 May - Respublika Gününə həsr edilmiş bayram tədbirləri çərçivəsində həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti