...

Bakı Yol Polisi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbir keçirəcək

Cəmiyyət Materials 30 May 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" adlı tədbir keçirəcək.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı cümə günü uşaqların yol qəzalarından qorunması üçün təbliğatın aparılması məqsədilə 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzində tədbir keçirəcək.

Tədbirdə paytaxt ərazisindəki orta məktəb şagirdləri, valideynlər, yol polisi əməkdaşları iştirak edəcəklər.

Tədbirdə məktəblilər "Yol hərəkəti qaydaları uşaqların gözü ilə" mövzusunda asfalt üzərində rəsmlər çəkəcək, yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarını əyani və təcrübi nümayiş etdirəcək.

Həmçinin yol hərəkəti qaydaları ilə bağlı səhnələr, şeirlər, mahnılar ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti