Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/
Qəbələ Müalicə-Diaqnostika Mərkəzində 4 hemodializ xəstəsinə yaxın qohumlarının böyrəyi köçürülüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, böyrək transplantasiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Müalicə-Diaqnostika Mərkəzində ilk dəfə həyata keçirilib.
Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin 20 nəfərlik tibbi heyəti tərəfindən aparılan 8 əməliyyat uğurla başa çatıb. Hazırda bütün pasiyentlər özlərini yaxşı hiss edirlər.