...

Azərbaycan ombudsmanı əfvlə bağlı Prezidentə müraciət edib

Cəmiyyət Materials 2 İyun 2012 12:25 (UTC +04:00)
İctimai Palatanın həbsdə olan üzvləri ilə müntəzəm görüşürük ki, onlara qarşı hər hansı zorakılıq və yolverilməz rəftar olmasın. Trend-in məlumatına görə, bunu jurnalistlərə şənbə günü ombudsman Elmira Süleymanova bildirib.
Azərbaycan ombudsmanı əfvlə bağlı Prezidentə müraciət edib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

İctimai Palatanın həbsdə olan üzvləri ilə müntəzəm görüşürük ki, onlara qarşı hər hansı zorakılıq və yolverilməz rəftar olmasın. Trend-in məlumatına görə, bunu jurnalistlərə şənbə günü ombudsman Elmira Süleymanova bildirib.

"Ombudsman tərəfindən İctimai Palata üzvlərinin həbsdən azad edilməsi ilə bağlı müraciət edilməyib. Hazırda istintaq gedir. İstintaq gedirsə, ombudsman bu işə qarışa bilməz", - o deyib.

Süleymanovanın sözlərinə görə, iyunun 1-də əfvlə bağlı ölkə Prezidentinə növbəti müraciətini edib.

Ombudsman Aparatında müntəzəm olaraq həm məhkumlardan, həm də onların ailə üzvlərindən gələn müraciətlər təhlil olunur. Hər ayın 1-də ötən ay olan müraciətlər təhlil olunaraq Əfv Komissiyasına müraciət olunur. Çox vaxt Komissiyanın toplantıları ərəfəsində bu müraciətlərə baxmağı çatdırmırlar.

Ombudsman nə qədər adamın əfvlə bağlı müraciət etdiyini açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti