...

Azərbaycanda olimpiadada iştirak edən tələbələr daha çox iki fənnə maraq göstərirlər

Cəmiyyət Materials 4 İyun 2012 16:02 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu il keçirilən XVII respublika fənn olimpiadasının yekun turuna vəsiqə qazanan tələbələrin sayı ötən olimpiadalara nisbətən artıb. Olimpiadanın yekun turuna vəsiqə qazanmış tələbələrin fənlər üzrə bölgüsü göstərir ki, tələbələr tərəfindən ən böyük maraq Azərbaycan dili və ingilis dili fənlərinədir.
Azərbaycanda olimpiadada iştirak edən tələbələr daha çox iki fənnə maraq göstərirlər

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il respublika fənn olimpiadasında iştirak edən tələbələr daha çox Azərbaycan dili və ingilis dili fənlərinə maraq göstəriblər.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu il keçirilən XVII respublika fənn olimpiadasının yekun turuna vəsiqə qazanan tələbələrin sayı ötən olimpiadalara nisbətən artıb. Olimpiadanın yekun turuna vəsiqə qazanmış tələbələrin fənlər üzrə bölgüsü göstərir ki, tələbələr tərəfindən ən böyük maraq Azərbaycan dili və ingilis dili fənlərinədir.

II turun iştirakçilarından 15,3%-i (115 nəfər) məhz ingilis dili, 13,7%-i (103 nəfər) Azərbaycan dili fənnini seçib. Azərbaycan tarixi fənninin payına 12,8% (96 nəfər), riyaziyyat fənninin payına 12% (90 nəfər) düşüb. Qalan fənlər üzrə iştirakçıların sayı 10%-dən aşağıdır.

Münsiflər heyətinin qərarına görə, bu il fənn olimpiadasında I yerə 10, II yerə 23, III yerə 36, həvəsləndirici yerə 51 tələbə layiq görülüb.

Olimpiadada iştirak edən 39 ali təhsil müəssisəsindən yalnız 24-nün tələbələri müvəffəqiyyət qazana bilib.

Xəbər lenti

Xəbər lenti