...

“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri məlum olub

Cəmiyyət Materials 29 İyun 2012 12:42 (UTC +04:00)
Bu gün Təhsil Nazirliyində "Elektron təhsil" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
“Elektron təhsil” respublika müsabiqəsinin qalibləri məlum olub

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Təhsil Nazirliyində "Elektron təhsil" respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və internetdən fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Onun sözlərinə görə, bu müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdrılması üzrə Dövlət Proqramı" çərçivəsində artıq üçüncü ildir ki, keçirilir. Müsabiqəyə "Microsoft Azərbaycan", "İntel" korporasiyası, "Gələcək üçün təhsil " proqramı, "AZEDUNET", "Ultra" və s. təşkilatları dəstək verir.

Nazir deyib ki, builki müsabiqə "Elektron tədris resursları" və "Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. "Elektron təhsil" respublika müsabiqəsində "Ən fəal region məktəbi" də seçilib. Müsabiqədə bu il 817 layihə iştirak edib. Həmin layihələrdən 112-si nominant seçilib. 16 nəfər isə qalib adına layiq görülüb.

Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti