...

MTRŞ televiziya kanallarında əcnəbi terminlərdən istifadəni pisləyir

Cəmiyyət Materials 29 İyun 2012 13:57 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) televizya kanallarında əcnəbi terminlərdən istifadəni pisləyir.
MTRŞ televiziya kanallarında əcnəbi terminlərdən istifadəni pisləyir

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) televizya kanallarında əcnəbi terminlərdən istifadəni pisləyir.

"Xarici terminlərin Azərbaycana gətirilməsinə pis baxırıq və istəyirik ki, televiziya kanallarında çalışan insanlar da ədəbi dilə diqqətlə yanaşsınlar", - bunu Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, nəinki təkcə televiziya kanalları, ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşı Azərbaycan ədəbi dilinə hörmətlə yanaşmalı və xarici dildə olan terminləri Azərbaycana gətirməməlidir.

MTRŞ sədri vurğulayıb ki, Azərbaycanda ədəbi dilin qorunması və inkişaf etdirilməsi məsələsi ilə Şura daim məşğul olur.

Məhərrəmli qeyd edib ki, telekanallar milli xüsusiyyətləri, milli xarakteri daim əks etdirməlidirlər.

"Azərbaycan dili ilə bağlı məsələ ciddi olduğu üçün ayrı-ayrı vaxtlarda MTRŞ bununla bağlı monitorinqlər keçirir", - o, deyib.

Məhərrəmli bu işə dilçi mütəxəssislərin cəlb edilməsini də məqsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti