...

Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru tikinti işləri ilə tanış olub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2012 15:30 (UTC +04:00)
Bu gün Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olub
Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru tikinti işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Bu gün Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olub. Trend-in məlumatına görə, o, ilk öncə müşavirə keçirirərək tikinti işləri aparan podratçı şirkətlərin rəhbərləri ilə görüşüb, onların bu günə qədər gördüyü işlərin vəziyyəti ilə tanış olub. Fondun direktoru ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Fondun direktoru tikilən mənzillərin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dəstək verəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq tikilən məhəllə 22 hektar ərazidən ibarətdir. Burada 1440 məcburi köçkün ailəsi üçün 20 beşmərtəbəli yaşayış binası tikilir.

Məhəllədə 1296 şagirdlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcək. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Tikintiyə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulub.
Qeyd edək ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vəsait 2,5 dəfə artırılıb. Hazırda Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılır.

Xəbər lenti

Xəbər lenti