...

Azərbaycanda kollecin məsul əməkdaşı rüşvət alarkən cinayət başında yaxalanıb

Cəmiyyət Materials 29 İyun 2012 19:14 (UTC +04:00)
Şəki Pedaqoji Kollecinin şöbə müdiri cinayət başında yaxalanıb.
Azərbaycanda kollecin məsul əməkdaşı rüşvət alarkən cinayət başında yaxalanıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Şəki Pedaqoji Kollecinin şöbə müdiri cinayət başında yaxalanıb.

Trend Baş Prokurorluğun rəsmi saytına istinadən məlumat verir ki, Qəbələ rayon sakini Həmidov Məcid Həmid oğlunun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.

Fakta görə Səmədov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Səmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti