...

İsti hava insanlarda insult və infarkt riskini artırır

Cəmiyyət Materials 2 İyul 2012 14:56 (UTC +04:00)
Yay ayları ərzində müşahidə edilən isti hava şəraiti insanlarda insult və infarkt riskini bir qədər artıra bilər.
İsti hava insanlarda insult və infarkt riskini artırır

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yay ayları ərzində müşahidə edilən isti hava şəraiti insanlarda insult və infarkt riskini bir qədər artıra bilər. Bunu bazar ertəsi Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, tez-tez baş verən hava dəyişikliyi ürək-damar xəstəliklərindən əziyyət çəkən və təzyiqi olan insanlar üçün problemlər yaradır. Buna görə də, belə insanlar isti havalarda səhhətlərinə daha diqqətlə yanaşmalı, açıq havada vaxtlarını az keçirməlidirlər.

Vahidova bildirib ki, havanın isti və sərin keçməsi stansiyaya edilən çağırışların sayına ciddi təsir göstərmir. O, sutka ərzində stansiyaya 1400-1700 çağırışın edildiyini də bildirib.

Şöbənin baş həkimi son bir neçə gün ərzində günvurma hadisələrinin baş vermədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti