...

Misir Mərdanov: Azərbaycanda tələbələr üçün yataqxanalar tikildikdən sonra ölkəyə oxumağa gələn əcnəbilərin sayı artacaq

Cəmiyyət Materials 4 İyul 2012 11:50 (UTC +04:00)
Azərbaycanda tələbələr üçün yataqxanalar tikildikdən sonra ölkəyə oxumağa gələn əcnəbilərin sayı artacaq.
Misir Mərdanov: Azərbaycanda tələbələr üçün yataqxanalar tikildikdən sonra ölkəyə oxumağa gələn əcnəbilərin sayı artacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tələbələr üçün yataqxanalar tikildikdən sonra ölkəyə oxumağa gələn əcnəbilərin sayı artacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, hazırda ölkədən kənarda təhsil alan azərbaycanlıların sayı 10 min nəfərdən çoxdur.

Nazir bildirib ki, Bakı Dövlət Universitetinin yataqxana kompleksinin tikintisi üçün dövlət başçısının sərəncamı ilə maliyyə vəsaiti ayrılıb.

"Gəncədə də 3 universitetimiz var. Orada Gəncə Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. Yataqxanaların tikilməsi Azərbaycana gələn əcnəbi tələbələrin sayının artmasına səbəb olacaq", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti