...

Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən edilib

Cəmiyyət Materials 5 İyul 2012 10:39 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ötən ayın ikinci yarısında ölkə ərazisində ekoloji qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən edilib.
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən edilib

Azərbaycan, Bakı, 5 iyul /Trend müxbir K.Zərbalıyeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ötən ayın ikinci yarısında ölkə ərazisində ekoloji qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 29 iş üzrə 137 900 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 2457,67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 168 iş üzrə 29061,37 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 27 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti