...

Dünya azərbaycanlılarının vahid portalının yaradılması təklif olunur

Cəmiyyət Materials 5 İyul 2012 15:46 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi ilə bağlı təşkil olunmuş tədbirdə deyib.
Dünya azərbaycanlılarının vahid portalının yaradılması təklif olunur

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Dünya azərbaycanlılarının vahid informasiya portalı yaradıla bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 illiyi ilə bağlı təşkil olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, portalda dünyanın müxtəlif yerlərində yaşayan həmvətənlərimiz barədə ətraflı məlumatlar yerləşdirilə bilər.

Əliquliyev qeyd edib ki, həmin internet resursu interaktiv qaydada fəaliyyət göstərə bilər və bütün dünyada yaşayan azərbaycanlılar ondan faydalana bilərlər.

Xəbər lenti

Xəbər lenti