...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 6 İyul 2012 12:50 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda nazirliyin struktur bölmələrinin və İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Ələkbərov 2011-ci ilin ortalarında nazirlik yanında yaradılmış İctimai Şuranın ötən müddətdə uğurla fəaliyyət göstərdiyini və artıq nazirliklə vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq sahəsində müsbət təcrübənin formalaşdığını vurğulayıb. Qeyd olunub ki, sosial müdafiə tədbirlərinin təşkili, həmçinin bu tədbirlərlə bağlı monitorinqlərin aparılması, sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin, o cümlədən "Sosial xidmət haqqında" qanun layihəsinin işlənib hazırlanması və digər istiqamətlərdə İctimai Şurada təmsil olunan vətəndaş cəmiyyəti institutları ilə birgə mühüm işlər görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov çıxış edərək, aktiv sosial yardım proqramları, o cümlədən "Özünədəstək" layihəsinin gələcək inkişaf perspektivlərindən, təkmilləşdirilmiş sosial xidmətlərin təqdim olunmasında yeni yanaşmalardan danışıb. Eyni zamanda, Azərbaycan Respublikasının qoşulduğu Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində informasiya açıqlığının təmin edilməsi və elektron xidmətlərin göstərilməsi sahəsində nazirliyin əldə etdiyi nailiyyətlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda son bir neçə ay ərzində sosial təminat sahəsində görülən işlər, ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi və yerlərdə bu prosesə nazirlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərinə vətəndaş cəmiyyəti institutlarının fəal qoşulmasının təmini, aztəminatlı ailələrin aktiv sosial yardım proqramlarına cəlb olunması və bu istiqamətdə nazirlik nəzdində Sosial Dəstək Fondunun yaradılması məsələləri müzakirə olunub.

Tədbirdə həmçinin "Sosial xidmətlər haqqında" qanunun icrası ilə bağlı görülən işlər və qanunun tələblərindən irəli gələn vəzifələrin icrasında vətəndaş cəmiyyəti institutlarının rolu müzakirə edilib. İctimai Şuranın üzvləri, Milli QHT Forumunun sədri Rauf Zeyni, Vətəndaşların əmək hüquqlarının müdafiəsi Liqasının sədri Sahib Məmmədov və Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, digər QHT-lərin nümayəndələri gündəlikdəki məsələlər barəsində çıxış edərək rəy və təkliflərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti