...

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2012 11:15 (UTC +04:00)
MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək. İclasın sentyabrın 6-8-də keçirilməsi nəzərdə tutulur.
MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend/

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası Bakıda keçiriləcək. İclasın sentyabrın 6-8-də keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin saytında yerləşdirilmiş məlumatda deylir.

Şuranın iclasının gündəliyinə MDB iştirakçısı olan ölkələrin daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və gələcək əməkdaşlığının əlaqələndirilməsinə dair məsələlər daxildir.

İclas iştirakçıları, həmçinin informasiya texnologiyalarından istifadə etməklə cinayətlə mübarizə sahəsində MDB ölkələrinin əməkdaşlığının Konsepsiyasını, cinayətlərin maddi sübutu olan narkotik vasitələrin, silah-sursatın ötürülməsi mexanizmləri haqqında protokolun layihəsini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti