...

Bakıda bağlanacaq mərkəzi prospektin təmir planı açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2012 17:08 (UTC +04:00)
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev cümə günü Trend-ə bildirib ki, iyulun 14-dən etibarən Neftçilər prospekti boyu təmir-tikinti işlərinin aparılması ilə əlaqədar aidiyyəti qurumlar görüləcək işlərin planını hazırlayır.
Bakıda bağlanacaq mərkəzi prospektin təmir planı açıqlanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend müxbir M.Əliyev/

Bakıda bağlanacaq mərkəzi prospektin təmir planı açıqlanıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev cümə günü Trend-ə bildirib ki, Neftçilər prospekti boyu təmir-tikinti işlərinin aparılması ilə əlaqədar aidiyyəti qurumlar görüləcək işlərin planını hazırlayır.

Onun sözlərinə görə, təmir olunacaq yolun ümumi uzunluğu 3,7 km-dir (Əl Oyunları Sarayından Yusif Səfərov küçəsinə kimi).

"Orada çoxlu sayda kommunikasiya xətləri var. Lazım olan yerlərdə kommunikasiya xətləri, asfalt örtüyü yenilənəcək", - Mürsəliyev bildirib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov öncə Trend-ə bildirib ki, sabahdan etibarən "Dalğa Plaza"nın qarşısından Azadlıq meydanınadək Neftçilər prospekti boyu yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar prospektdə yol qeyri-müəyyən müddətə bağlanması gözlənilir.

Prospektlə kəsişən bütün küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Xəbər lenti

Xəbər lenti