...

Azərbaycanda istirahət günü hava necə olacaq?

Cəmiyyət Materials 21 İyul 2012 12:53 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Azərbaycanda istirahət günü hava necə olacaq?

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 22-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti