...

Azərbaycanda gənclərə 2 milyon manatadək vəsait ayrılıb

Cəmiyyət Materials 25 İyul 2012 15:35 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu çərşənbə günü ilk qrant müsabiqəsinin nəticələrini elan edib.
Azərbaycanda gənclərə 2 milyon manatadək vəsait ayrılıb

Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu çərşənbə günü ilk qrant müsabiqəsinin nəticələrini elan edib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müsabiqənin nəticələrinin elan olunması ilə bağlı mərasimdə bildirib ki, iyunun 8-də elan edilmiş müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçərək onlayn formada layihə təklifi ilə müraciət ediblər.

Onun sözlərinə görə, Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən iyulun 15-dək A kateqoriyası - yerli layihələr üzrə 127, В (beynəlxalq layihələr) və С (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunub.

D kateqoriyası gənc alimlərin, ictimai, fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi məqsədilə yaradılıb və bu kateqoriya üzrə 12 müraciət daxil olub.

Sonuncu E kateqoriyası yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi üçündür.

Hacıyev qeyd edib ki, Fondun Müşahidə Şurasının qərarına əsasən, A kateqoriyası üzrə 104 layihə, В kateqoriyası üzrə 16 layihə, С kateqoriyası üzrə isə 9 layihə seçilib.

"Müşahidə Şurasının qərarına əsasən, bu layihələrə iki milyon manata yaxın vəsaitin ayrılması təsdiq olunub", - Hacıyev deyib.

Xəbər lenti

Xəbər lenti