Azərbaycan, Bakı, 30 iyul /Trend müxbir T.Cəfərov/
İran bu il (iranda il martın 21-də dəyişir) Azərbaycan, İraq, Pakistan və Malayziyada sonsuzluğun müalicəsi üzrə mərkəz təsis edəcək. Bunu İranın Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Elmi Mərkəzinin rəis müavini və Sonsuzluğun Müalicəsi və Kök Hüceyrələrinin Tədqiqatı Mərkəzinin rəsmisi Səid Qazi Məğribi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Məğribi bildirib ki, Təbriz şəhər Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Elmi Mərkəzin dəstəyi ilə Bakıda sonsuzluğun müalicəsi üzrə mərkəzin istifadəyə verilməsi istiqamətində işlər görülür.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfindən lazımi icazələr alınıb və İran XİN-in dəstəyi ilə artıq bu mərkəz üçün bina ayrılıb və həmin binanın texniki avadanlıqla təhcizatı işləri görülür.
Məğribi deyib ki, Elmi Mərkəzin işçilərinin müəyyən günlərdə Azərbaycana gedib həmin mərkəzdə çalışması üçün də razılıq əldə olunub.
İran Azərbaycanda sonsuzluğun müalicəsi üzrə mərkəz yaradacaq
İran bu il (iranda il martın 21-də dəyişir) Azərbaycan, İraq, Pakistan və Malayziyada sonsuzluğun müalicəsi üzrə mərkəz təsis edəcək.
