...

Azərbaycanın ali təhsil müəssisəsi təhsil haqqını aşağı salıb

Cəmiyyət Materials 6 Avqust 2012 15:12 (UTC +04:00)
Azərbaycan İctimai-Siyasi Universiteti 2012/2013-cü tədris ili üçün təhsil haqqını aşağı salıb.
Azərbaycanın ali təhsil müəssisəsi təhsil haqqını aşağı salıb

Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir M.Əliyev/

Azərbaycan İctimai-Siyasi Universiteti 2012/2013-cü tədris ili üçün təhsil haqqını aşağı salıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi bildirilib ki, həmin təhsil müəssisəsində II ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqı aşağı salınaraq 1900 manat, III ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda isə 2300 manat müəyyən edilib.

Bu barədə Azərbaycan İctimai-Siyasi Universitetində müvafiq qərar qəbul edilib.

2012-ci ildə qəbul imtahanlarında II qrup üzrə 22 min, III qrup üzrə isə 30 mindən çox abituriyent iştirak edib.

Xəbər lenti

Xəbər lenti