...

Bakıda sement satışı zamanı əhalinin çəkidə aldadılması faktı müəyyənləşdirilib

Cəmiyyət Materials 6 Avqust 2012 16:08 (UTC +04:00)
Bakıda çəkisi standartların tələblərinə uyğun gəlməyən 20 kisə sementin satışının qarşısı alınıb.
Bakıda sement satışı zamanı əhalinin çəkidə aldadılması faktı müəyyənləşdirilib

Azərbaycan, Bakı, 6 avqust /Trend müxbir M.Əliyev/

Bakıda çəkisi standartların tələblərinə uyğun gəlməyən 20 kisə sementin satışının qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Dərnəgül şossesində yerləşən mağazadan üzərində "Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülüb, kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçmiş tərəzi vasitəsi ilə çəkilib və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməyib.

Kisələrin üzərində çəkisi 40±1 kq göstərildiyi halda onların faktiki çəkisi 29,7 kiloqramdan 36,4 kiloqrama qədər təşkil edib. Normativ sənədlərin tələblərinə əsasən, 20 kisənin orta çəkisi 40 - 0,2 kiloqramdan 40 + 0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil edib. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən "Qaradağ Tikinti Materialları" ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılıb.

Aşkar olunmuş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti