...

Azərbaycan hökuməti bakalavr pilləsinin bəzi ixtisaslarının adlarında dəyişiklik edib

Cəmiyyət Materials 8 Avqust 2012 11:32 (UTC +04:00)
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində ixtisasların adlarında dəyişiklik edilib.
Azərbaycan hökuməti bakalavr pilləsinin bəzi ixtisaslarının adlarında dəyişiklik edib

Azərbaycan, Bakı, 8 avqust / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti bakalavriat səviyyəsinin bəzi ixtisaslarının adlarında dəyişiklik edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, hökumətin qərarı ilə Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "Texniki və texnoloji ixtisaslar qrupu" bölməsində ixtisasların adlarında dəyişiklik edilib.

Belə ki, "Dəniz texnikası və texnologiyası mühəndisliyi" "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ilə, "Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi" "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" ilə, "Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi" isə "Dəniz naviqasiyası mühəndisliyi" ilə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti