Azərbaycan, Bakı, 10 avqust /Trend/
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə başlanılıb.
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, yeni tikintisinə başlanılan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun ümumi uzunluğu 12,6 km, 2 gediş-2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Yol boyu tikinti altına düşən çoxlu sayda maneələr - bağ sahələri, yaşayış evləri mövcuddur. Hazırda həmin maneələrin və eyni zamanda qaz, su, elektrik, rabitə xətlərinin köçürülməsi işləri gedir. Layihə üzrə işlər 2 hissə üzrə aparılır. Birinci hissənin uzunluğu 7 km, ikinci hissə isə 5,6 km təşkil edir.
Bu ilin payız aylarında yolun 4,2 km-lik hissəsinin başa çatdırılması planlaşdırılır. Ümumilikdə yolun 2013-ci ildə istismara veriləcəyi gözlənilir.