...

Azərbaycan-Litva gənclərinin yay düşərgəsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 24 Avqust 2012 16:31 (UTC +04:00)
Avqustun 24-də Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsində iştirak etmək məqsədilə bir qrup litvalı gənc Bakıya gəlib.
Azərbaycan-Litva gənclərinin yay düşərgəsi fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir K.Zərbalıyeva/

Avqustun 24-də Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsində iştirak etmək məqsədilə bir qrup litvalı gənc Bakıya gəlib.

Trend-in məlumatına görə, bu gün Azərbaycan və Litva gənclərinin ilk görüşü keçirilib.

Yay düşərgəsinin iştirakçılarını salamlayan təşkilat komitəsinin üzvləri bu tədbirin iki ölkənin gəncləri arasında əlaqələri genişləndirmək, kreativ düşüncəli gənclər arasında fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.

Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi Qəbələ və Nabranda təşkil ediləcək. Yay düşərgəsində gənclərin iştirakı ilə ikitərəfli əməkdaşlıq məsələlərinə həsr edilmiş konfrans, mədəniyyət gecəsi, müxtəlif intellelktual və əyləncəli oyunlar keçiriləcək. Bundan başqa, Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyaların, Qubadakı kütləvi soyqırımı məzarlığına ziyarətinin təşkili, Bakı şəhəri ilə tanışlıq və Qobustan Dövlət Qoruğuna səyahət edilməsi də nəzərdə tutulub.

Yay düşərgəsi zamanı litvalı gənclər Azərbaycanın təhsil sistemi və universitetləri haqqında məlumat əldə edəcək və Azərbaycanda təhsilin özəllikləri ilə tanış olacaqlar.

Xatırladaq ki, iki ölkənin gəncləri arasında birgə tədbirlərin, o cümlədən yay düşərgələrinin təşkili bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı imzalanmış protokolda nəzərdə tutulub. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən bu kimi tədbirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin dərinləşdiriməsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun genişləndirilməsi məqsədini daşıyır

Xəbər lenti

Xəbər lenti