...

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və icazəsiz əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 28 Avqust 2012 12:21 (UTC +04:00)
Dövlət Miqrasiya Xidməti tərəfindən avqustun 20-25-də Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.
Azərbaycanda etibarsız sənədlərlə yaşayan və icazəsiz əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir M.Əliyev/

Dövlət Miqrasiya Xidməti tərəfindən avqustun 20-25-də Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

DMX-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 12 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti