...

Şəkidə Bayraq meydanı tikiləcək

Cəmiyyət Materials 1 Sentyabr 2012 12:56 (UTC +04:00)
Azərbaycanın Şəki şəhərində Bayraq meydanı tikiləcək. Bunu şənbə günü Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev deyib.
Şəkidə Bayraq meydanı tikiləcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şəki şəhərində Bayraq meydanı tikiləcək. Bunu şənbə günü Trend-ə Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev deyib.

Onun sözlərinə görə, artıq Bayraq meydanının yeri müəyyənləşdirilib. Həmin yer şəhərin qərb tərəfində - Kiş çayı istiqamətində olacaq. Hazırda həmin ərazidə hasarlanma işləri aparılır.

İmaməliyev bildirib ki, Şəki şəhərində "Yuxarıbaş" Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində - XVIII əsrə aid memarlıq abidəsi "Qala divarları"nın yaxınlığında yarımörtülü amfiteatrın tikintisi yaxın vaxtlarda başa çatacaq. Şərq memarlığı üslubunda tikilən amfiteatr qurğusu açıq səma altında 600 yerlik tamaşaçı zalı və inzibati korpusdan ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti