...

Azərbaycanda 28 mindən çox şagird peşə təhsili alır

Cəmiyyət Materials 10 Sentyabr 2012 15:31 (UTC +04:00)
Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu müəssisələrdə 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 nəfər isə istehsalat təlimi ustası işləyir.
Azərbaycanda 28 mindən çox şagird peşə təhsili alır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fəaliyyət göstərən 107 ilk peşə-ixtisas təhsil müəssisəsində 28 587 şagird təhsil alır.

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu müəssisələrdə 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 nəfər isə istehsalat təlimi ustası işləyir.

"Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" və "Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. Son 3 ildə 30 nəfər mühəndis-pedaqoji işçi Türkiyədə təcrübə keçib.

Bununla yanaşı, Avropa Komissiyası ilə birlikdə, Almaniya hökumətinin əsas tərəfdaş ölkə kimi seçildiyi "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı" layihəsinə başlanılıb. İki illik layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti