...

Azərbaycanda ötən həftə etibarsız sənədlərlə yaşayan 62 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 10 Sentyabr 2012 18:14 (UTC +04:00)
Ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi saxlanılıb.
Azərbaycanda ötən həftə etibarsız sənədlərlə yaşayan 62 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Ötən həftə ərzində ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, 3-8 sentyabr 2012-ci il tarixlərdə Xidmət tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 62 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti