...

Sabah Azərbaycanda hava yağmursuz olacaq

Cəmiyyət Materials 12 Sentyabr 2012 12:33 (UTC +04:00)
Sentyabrın 13-də Azərbaycanda hava şəraitinin nisbətən mülayim, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Azərbaycanda hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sentyabrın 13-də Azərbaycanda hava şəraitinin nisbətən mülayim, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19, gündüz 23-27 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-20 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti