...

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklər müzakirə olunub

Cəmiyyət Materials 14 Sentyabr 2012 14:18 (UTC +04:00)
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişikliklər bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklər müzakirə olunub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişikliklər bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, dəyşikliklərə görə, təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.

Hacıyev qeyd edib ki, qanun layihəsinə dəyişikliklər Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Onun sözlərinə görə qanunda nəzərdə tutulan abidələrin siyahısının tərtib olunması Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılıb.

"Elə abidələr var ki, onlar elə bir əhəmiyyət daşımır və sökülməsi lazımdır. Qanuna dəyişikliklər bu proseslərdə yaranan problemlərin aradan qalxmasına şərait yaradacaq", - Hacıyev bildirib.

Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti