...

Bu ildən Azərbaycan muzeylərində dərslər keçiriləcək

Cəmiyyət Materials 17 Sentyabr 2012 10:53 (UTC +04:00)
Bu ildən başlayaraq Azərbaycanın orta məktəb şagirdlərinə muzeylərdə dərslər keçiləcək.
Bu ildən Azərbaycan muzeylərində dərslər keçiriləcək

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ildən başlayaraq Azərbaycanın orta məktəb şagirdlərinə muzeylərdə dərslər keçiləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Təhsil Nazirliyi Mədəniyyət və Turizm Nazirliyinin bu barədə təklifinə müsbət cavab verib. Hazırda bununla bağlı işlər aparılır.

Qarayev Üzeyir bəy Hacıbəyovun, Xurşudbanu Natəvanın heykəllərinin Bakının mərkəzi yerlərində qoyulması ilə bağlı təkliflərə də münasibət bildirib.

"Allah qoysa, onlar Şuşaya qaytarılacaq və orada qoyulacaq. Bu heykəllər öz məkanlarında qoyulmalıdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti