...

Azərbaycan hökuməti buğda və unu əlavə dəyər vergisindən azad etdi

Cəmiyyət Materials 25 Sentyabr 2012 10:26 (UTC +04:00)
Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunub
Azərbaycan hökuməti buğda və unu əlavə dəyər vergisindən azad etdi

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan hökuməti buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad edib.

Trend-in Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunması barədə qərar çıxarıb.

Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir.

Xəbər lenti

Xəbər lenti