...

Bakının dörd rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 26 Sentyabr 2012 10:24 (UTC +04:00)
Sentyabrın 26-27-də Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının dörd rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Sentyabrın 26-27-də Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məhdudiyyətlər istehlakçıların içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə "+ 69 Şərq" su anbarında əsaslı yenidənqurma və genişləndirmə işlərinin aparılması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti