...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yeni inzibati binanın tikintisi üçün tender keçirir

Cəmiyyət Materials 29 Sentyabr 2012 11:18 (UTC +04:00)
Komissiyadan Trend-ə verilən məlumata görə, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tikiləcək yeni inzibati binanın mühəndis-geoloji, geofiziki və topoqrafiya işlərinin aparılması və hesabatın hazırlanması işinin yerinə yetirilməsi və ehtimal olunan layihə-smeta dəyərinin hazırlanması işlərinin təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yeni inzibati binanın tikintisi üçün tender keçirir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya yeni inzibati binanın tikintisi üçün təkliflər sorğusu elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tikiləcək yeni inzibati binanın mühəndis-geoloji, geofiziki və topoqrafiya işlərinin aparılması və hesabatın hazırlanması işinin yerinə yetirilməsi və ehtimal olunan layihə-smeta dəyərinin hazırlanması işlərinin təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər oktyabrın 4-dək qəbul olunur. Bunun üçün hüquqi şəxsin nizamnaməsinin surəti, Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, kommersiya hüquqi şəxsinin rekvizitləri, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış, vergi uçotu haqqında arayış tələb olunur.

Sorğuda iştirak etmək istəyən iş adamları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Tender Komissiyasına müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti