...

Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müzakirə ediləcək

Cəmiyyət Materials 2 Oktyabr 2012 14:13 (UTC +04:00)
Macarıstan oktyabrın 4-5-də keçiriləcək II Beynəlxalq Bakı Humanitar Forumunda böyük nümayəndə heyəti ilə təmsil olunacaq.
Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müzakirə ediləcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Macarıstan oktyabrın 4-5-də keçiriləcək II Beynəlxalq Bakı Humanitar Forumunda böyük nümayəndə heyəti ilə təmsil olunacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 11 nəfərlik heyətin tərkibinə Macarıstan parlamentinin deputatı, Parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Marton Döndöşü, beynəlxalq hüquq üzrə görkəmli mütəxəssis, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Hamza Qabor, Macarıstan İctimai Televiziyasının baş direktoru Balaş Medveçki, "Dunay" televiziyasının baş direktoru Menyer Toboş, Macarıstan EA Dünya İqtisadiyyatı İnstitutunun direktoru, professor Andraş İnotai, Macarıstan Elmlər Akademiyası Etnologiya və Humanitar Tədqiqatlar İnstitutunun direktoru, professor Balaş Baloq, Macarıstan Rektorlar Şurasının baş katibi, professor Zoltan Dubeçki və başqaları tanınmış şəxslər daxildir.

Macar qonaqlar Beynəlxalq Forumun işində iştirakla yanaşı, azərbaycanlı həmkarları ilə görüşlər keçirməyi, gələcək əməkdaşlıq yollarını müzakirə etməyi və birgə layihələr üzərində işləməyi planlaşdırırlar. Onların respublikamıza səfəri 5 gün davam edəcək.

Xəbər lenti

Xəbər lenti