...

Türkiyədə Hasan bəy Zərdabi haqqında kitab nəşr edilib

Cəmiyyət Materials 6 Oktyabr 2012 16:55 (UTC +04:00)
Türkiyədə nəşr edilən “Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi” kitabının şənbə günü Bakıda təqdimatı keçirilib.
Türkiyədə Hasan bəy Zərdabi haqqında kitab nəşr edilib

Azərbaycan, Bakı, 6 oktyabr / Trend müxbir M.Əliyev/

Türkiyədə nəşr edilən "Hasan Melikzade Zerdabi ve Ekinci Gazetesi" kitabının şənbə günü Bakıda təqdimatı keçirilib.

Trend-in məlumatına görə, kitabının tədqiqatçısı və tərcüməçisi Marmara Universitetinin professoru Okan Yeşilot Atatürk Mərkəzində keçirilən təqdimatda bildirib ki, Zərdabi bütün türk dünyasının ziyalısıdır və onun həyat və fəaliyyəti bir örnəkdir. O vurğulayıb ki, Zərdabinin özü yaşamasa da, onun fikirləri yaşayır.

Deputat Məlahət İbrahimqızı təqdimatda bildirib ki, hələ bir çox ölkələrdə azad fikir, mətbuat olmayanda, Azərbaycanda onun əsası qoyulmuşdu. "Biz bunu dünyaya yaymalıyıq və Azərbaycanın belə bir şəxsiyyətlərini tanıtmalıyıq", - o deyib.

Milli Məclisin üzvü Musa Quliyev tədbirdə bildirib ki, kitab Türk dünyasında milli şüurun formalaşmasında böyük pay sahibi olan insanın həyatına həsr olunub. O qeyd edib ki, kitab gələcəkdə Azərbaycan və Türkiyə universitetlərinin jurnalistika fakültəsində tədris oluna bilər.

Xəbər lenti

Xəbər lenti