...

Azərbaycanda ötən il qeydə alınan nikahların 6 faizi erkən nikahlar olub

Cəmiyyət Materials 11 Oktyabr 2012 16:19 (UTC +04:00)
Azərbaycanda ötən il qeydə alınan nikahların 6 faizi erkən nikahlar olub. Trend-in məlumatına görə, bu barədə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
Azərbaycanda ötən il qeydə alınan nikahların 6 faizi erkən nikahlar olub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il qeydə alınan nikahların 6 faizi erkən nikahlar olub. Trend-in məlumatına görə, bu barədə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Herevard bildirib ki, ötən il qeydə alınmış 88145 nikahdan 5138-i 18 yaşınadək olan qızlarla bağlanıb. Bu, ümumi nikahların təxminən 6 faizini təşkil edir.

"Rəsmi qeydə alınan hər 17-ci nikah 18 yaşına kimi olan qızların payına düşür", - o deyib.

Nümayəndəlik rəhbəri bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 20-29 yaşlı 100 min qadın 18 yaşına çatmamış, 7 min qadın isə 15 yaşına çatmamış nikah qurub. Qadınların 1/3 hissəsindən çoxu (50 yaşınadək) 18 yaşına çatmamış ailə qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti