...

Azərbaycanda istirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 12 Oktyabr 2012 12:38 (UTC +04:00)
Azərbaycanda istirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq.
Azərbaycanda istirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda istirahət günlərində hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, güclü şimal küləyinin oktyabrın 13-ü axşama doğru mülayimləşəcəyi, 14-də isə zəif və mülayim cənub küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 12-dən 13-ə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti