...

Azərbaycanda istintaq təcridxanalarının fəaliyyətini nizamlayacaq sənəd hazırlanır

Cəmiyyət Materials 12 Oktyabr 2012 17:11 (UTC +04:00)
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun qəbulu belə bir sənədin hazırlanması zərurətini meydana çıxarıb.
Azərbaycanda istintaq təcridxanalarının fəaliyyətini nizamlayacaq sənəd hazırlanır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda İstintaq Təcridxanalarının Daxili İntizam Qaydaları hazırlanır.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun qəbulu belə bir sənədin hazırlanması zərurətini meydana çıxarıb.

Nazirlikdə müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə hazırlanan sənəd layihəsi üzərində iş ilin sonunadək yekunlaşacaq və Qaydalar təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

Nazirlikdən bildirilib ki, hazırda istintaq təcridxanalarının fəaliyyəti əsasnamə ilə tənzimlənir.

Xatırladaq ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun bu ilin iyulunda qüvvəyə minib.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanıb.

Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq; mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti