...

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib

Cəmiyyət Materials 23 Oktyabr 2012 13:55 (UTC +04:00)
Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 16-cı qurultayı keçirilib.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayı keçirilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 16-cı qurultayı keçirilib.

Trend-in məlumatına görə, qurultayda cəmiyyətin 5 illik hesabat dövrünü əhatə edən fəaliyyət və tədbirlər planı müzakirə olunub, cəmiyyətin növbəti 5 illik dövr üçün prezidenti, idarə heyəti və məclisi seçilib.

2008-2012-ci illəri əhatə edən hesabat xarakterli çıxış edən cəmiyyətin prezidenti Səmiyar Abdullayev deyib ki, bu illər ərzində gözdən əlil vətəndaşların məşğulluq, işsizlik, sosial adaptasiya, mənzil problemlərinin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atılıb.

Abdullayev deyib ki, gözdən əlillər üçün 100 ailə mənzillə təmin edilib, 132 əlil ailəsinin mənzil problemini həll edəcək layihənin icrasına başlanılıb.

"Gözdən əlil vətəndaşlar üçün tikilən reabilitasiya-bərpa mərkəzi isə cəmiyyətin ən böyük uğurlarındandır. Bu gün demək olar ki, gözdən əlil gənclərin 70 faizi informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək imkanına malikdir", - Abdullayev deyib.

Onun sözlərinə görə, Naxçıvan, Gəncə, Yevlax informasiya mərkəzlərində gözdən əlillərin informasiya-kommunikasiya texnologiyalarına sərbəst çıxışının təmin edilməsi üçün hər bir şərait yaradılıb.

Abdullayev bildirib ki, cəmiyyətə 5 illik ümumi daxilolmalar 818 min, 884 manat, ümumi xərclər 818 min 710 manat, maliyyənin ümimi dövriyyəsoi 818 min 710 manat civarında olub.

İclasda nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib. Sonra hesabatların müzakirəsi və qiymətləndirilməsi istiqamətində çıxışlar olub. Qurultay təşkilati məsələlərə də baxıb, açıq səsvermə nəticəsində rəhbər orqanlara seçkilər keçirilib.

Səmiyar Abdullayev növbəti müddətə cəmiyyətin sədri seçilib.

Daha sonra cəmiyyətin məclisinə, idarə heyətinə üzvlərin seçilməsi ilə bağlı seçkilər keçirilib. Qurultayın sonunda cəmiyyətin növbəti 5 il müddətinə fəaliyyət istiqamətləri müəyyənləşdirilib və qərar layihəsi təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti