Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hökuməti "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 2008-ci il 12 sentyabr tarixli qərarını ləğv edib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu qərar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Prezidentin fərmanı ilə əlaqədar ləğv edilib.