...

Sabah Azərbaycanın bəzi yerlərinə yağış yağacaq

Cəmiyyət Materials 25 Oktyabr 2012 12:31 (UTC +04:00)
Sabah Azərbaycanda yağmurlu şəraiti müşahidə ediləcək.
Sabah Azərbaycanın bəzi yerlərinə yağış yağacaq

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda yağmurlu şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 26-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 18-22 dərəcə isti olacaq.

Oktyabrın 27-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-da və 27-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 10-15, gündüz 18-23, dağlarda isə gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti