...

Bakıda qeyri-adi "Vertikal Şou" keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2012 18:04 (UTC +04:00)
Bakıda "Park Bulvar" ticarət-əyləncə mərkəzinin fasadında Almaniyanın "EH-ShoWbox" qrupunun qeyri-adi "Vartikal Şou"su baş tutub.
Bakıda qeyri-adi "Vertikal Şou" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir V.İmanov/

Bakıda "Park Bulvar" ticarət-əyləncə mərkəzinin fasadında Almaniyanın "EH-ShoWbox" qrupunun qeyri-adi "Vartikal Şou"su baş tutub. Şou "City Challenge Baku-2012" avtomobil yarışları çərçivəsində təşkil olunub.

Trend-in məlumatına görə, "EH-ShoWbox" qrupunun çıxışından öncə almaniyalı breykerlər bakılıları və şəhərin qonaqlarını maraqlı musiqi və rəqs nömrələri ilə sevindiriblər.

Qeyd edək ki, bu gün Bakıda "City Challenge" yarışlarına start verilib.

Bu gün City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilib. Oktyabrın 27-də təsnifatlandırma sessiyası və sprint yarışlar olacaq. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti