...

Bakıda "City Challenge" turnirində ən yaxşı manevr edən pilot müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2012 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən "City Challenge" yarışlarının "Gymkhana city drift" üzrə final mərhələsinin qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, bu yarışın qalibi Lüksenburqdan olan, BMW M5 avtomobilinin pilotu Rohan van Riel olub.

Qeyd edək ki, "Gymkhana city drift" yarışları pilotlardan şəhə şəhərin küçələrində müxtəlif manevrlərini etmək tələb edir. Manevrlərli daha peşəkar və rəngarəng edən sürücü qalib elan olunur.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyir və bütün diqqət Bakıya yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti