Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/
Bakıda keçirilən "City Challenge" yarışlarının GT3 finalının qalibi müəyyənləşib.
Trend-in məlumatına görə, GT3 finalının qalibi McLaren MP4 yürüş avtomobilinin pilotları Frederic Makovieski və Stef Düsseldorf olub. Qaliblər HEXIS komandasının üzvləridir.
Yarışda ikinci yerə BMW Z4 avtomobilinin pilotları Keçele və Lauda, üçüncü yerin sahibi isə daha bir BMW Z4 avtomobilinin pilotları Yelmer Buurman və Nikolas Mayer-Melnhoff olub.
Finalda 24 pilot iştirak edib.
Qeyd edək ki, dünən Bakıda "City Challenge" yarışlarının təsnifatlandırma sessiyası və sprint yarışları keçirilib.
"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.
Yarışı dünyanın 120 ölkəsində 300 milyona qədər insan izləyir və bütün diqqət Bakıya yönəlib.
Bakıdan əvvəl "City Challenge" avtomobil yarışı Budapeşt və Buxarestdə keçirilib.