...

Gürcüstandakı azərbaycanlılar ilk dəfə olaraq distant yolla Azərbaycan dilini öyrənə biləcəklər (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2012 10:24 (UTC +04:00)
Gürcüstanda yaşayan sağlamlıq imkanları məhdud azərbaycanlı uşaqlar ilk dəfə olaraq distant təhsilə cəlb ediliblər.
Gürcüstandakı azərbaycanlılar ilk dəfə olaraq distant yolla Azərbaycan dilini öyrənə biləcəklər  (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Gürcüstanda yaşayan sağlamlıq imkanları məhdud azərbaycanlı uşaqlar ilk dəfə olaraq distant təhsilə cəlb ediliblər.

Təhsil Nazirliyi və "Nobel T" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Elektron Təlimləndirən sistemlər" birgə layihəsinin rəhbəri Salam Əliyev bazar ertəsi Trend-ə deyib ki, qeyd edilən layihə çərçivəsində artıq iki azərbaycanlı uşağın distant təhsil almasına imkan yaradılıb. Gürcüstanda internatda yaşayan sağlamlıq imkanları məhdud olan iki azərbaycanlı - Roman Səməd oğlu Əliyev və Mamed Xazbieviç Karsanaşvili adından "Siqnaxi region fiziki qüsurluların sosial terapiyası" Cəmiyyətinin rəhbərliyi Azərbaycan dilini öyrənmələri üçün Təhsil Nazirliyinə müraciət edib. TN bu müraciəti müsbət cavablandıraraq onların distant təhsil almalarına imkan yaradıb.

Həmin iki azərbaycanlı uşaq Bakı şəhərindəki 20 nömrəli məktəb-liseydəki Distant Təhsil Sisteminə qoşularaq Azərbaycan dilini öyrənəcəklər.

Əliyev deyib ki, bu layihənin getdikcə genişləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Gürcüstanda 30-dan çox sağlamlıq imkanları məhdud azərbaycanlı uşaq var. Həmin uşaqları da tədricən distant təhsil yolu ilə Azərbaycan dilini öyrənməsinə cəlb etmək nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti