...

Uşaq evlərində "Çudo Peçka"lı Qurban bayramı yaşanıb (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2012 15:30 (UTC +04:00)
"Çudo Peçka" şirkəti Qurban bayramını uşaqlar evində keçirib. Şirkət rəhbərliyinin təşkilatçılığı ilə bir qrup əməkdaş "Çudo Peçka"nın istehsal etdiyi məhsullardan ibarət sovqatla əqli və fiziki məhdudiyyətləri olan uşaqlar üçün internatları ziyarət edib.
Uşaq evlərində "Çudo Peçka"lı Qurban bayramı yaşanıb (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Çudo Peçka" şirkəti Qurban bayramını uşaqlar evində keçirib. Şirkət rəhbərliyinin təşkilatçılığı ilə bir qrup əməkdaş "Çudo Peçka"nın istehsal etdiyi məhsullardan ibarət sovqatla əqli və fiziki məhdudiyyətləri olan uşaqlar üçün internatları ziyarət edib.

Onlar əvvəlcə Mərdəkan qəsəbəsində yerləşən Əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün 3 saylı internat evində olublar. "Çudo Peçka"nın özü ilə apardığı şən klounlar uşaqları əyləndirərək onlarla birlikdə rəqs ediblər. Daha sonra isə şirkət əməkdaşlarının özləri ilə apardıqları şirniyyatlarla birlikdə bayram süfrəsi açılıb və Qurban bayramı qeyd olunub.

"Çudo Peçka"nın əməkdaşları bayram ərəfəsində, həmçinin Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbini ziyarət ediblər. Burada da klounlar uşaqları əyləndirib, "Çudo Peçka" məhsullarından ibarə şirniyyat süfrəsi açılıb, bayram birlikdə qeyd olunub.

Ümumilikdə "Çudo Peçka" uşaq evlərində bayram əhval-ruhiyyəsini daha da artırıb. Şirkət əməkdaşları uşaqlarla tezliklə yenə görüşəcəklərinə söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti