...

İstirahət günü Bakıda hava necə olacaq?

Cəmiyyət Materials 3 Noyabr 2012 12:12 (UTC +04:00)
Azərbaycan ərazisində noyabrın 4-də hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
İstirahət günü Bakıda hava necə olacaq?

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində noyabrın 4-də hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin tutqun olacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında noyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 20-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti