...

Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 7 Noyabr 2012 11:04 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 15-dən 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti ekoloji araşdırmanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 15-dən 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 21 iş üzrə 22700 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 2662.79 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 173 iş üzrə 22215.4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 10, məhkəmələrə isə 3 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti